Loading

Pəri gürcü dilini öyrəndi

Pəri Balagözova 17 yaşındadır. Marneuli şəhərinin Kürtlər kəndində yaşayır və 12-ci sinif şagirdidir. Gürcü dilini öyrənməyə bir neçə il əvvəl başlayıb. Yaxşı nəticələr əldə edib. İndi öz qardaşına və qonşularına dil öyrədir.

O, gürcü dilini öyrənmək üçün Zurab Jvaniya adına gürcü dili məktəbinə daxil oldu.

Marneulidə gürcü dili kurslarını bitirən kimi ona, Kutaisidə təhsil almağı təklif ediblər. Ancaq evdən uzağa getməyin onun üçün çətin olması və başqa müxtəlif səbəblərə görə bundan imtina edib.

Onun “Zurab Jvaniya adına gürcü dili məktəbindən” bir neçə sertifikatı var.

Gürcü dilinin tədrisi ona bir çox imkanlar yaradıb. Məsələn, doğma kəndi Kürtlər məktəbində "Etalonda" iştirak edib və mükafata layiq görülüb.

Pəri 2000 nəfərədək əhalinin yaşadığı kənddə təhsilə sevgi və dövlət dilinin tədrisi ilə digərlərindən fərqlənir. Yaşlı nəsil gürcü dilini danışıq səviyyəsində belə bilmir. Yeni nəsil isə dilin öyrənilməsinə böyük əhəmiyyət verir. Kəndin Marneulinim mərkəzindən uzaq olmasına və nəqliyyat probleminə baxmayaraq Pəri rayona gələ bilir. Ancaq hamıya belə dəstək olunmur.

Kənddə qapalı məkanda dil çox aşağı templə öyərnilir. Məsələn, statistikaya baxsaq, Sosial Araşdırma və Analiz İnstitutunun 2012-ci il araşdırmasına görə, Kvemo Kartlidə yaşayan 6 yaşdan yuxarı milli azlıqların 71,5%-i dövlət dilində danışmır. Bu göstərici xüsusən etnik azərbaycanlılarda 78,3%, ermənilərdə isə 36,6% təşkil edir.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.