Kənddə qapalı məkanda dil çox aşağı templə öyərnilir. Məsələn, statistikaya baxsaq, Sosial Araşdırma və Analiz İnstitutunun 2012-ci il araşdırmasına görə, Kvemo Kartlidə yaşayan 6 yaşdan yuxarı milli azlıqların 71,5%-i dövlət dilində danışmır. Bu göstərici xüsusən etnik azərbaycanlılarda 78,3%, ermənilərdə isə 36,6% təşkil edir.