- Aişə başqa qızlardan ətrafdakı fikirləri mənimsəməməsi ilə fərqlənir...
- Ayşə deyir: "Bizim yaşadığımız cəmiyyətdə qızların təhsilini çox insan təsdiqləmir. Mənə çox neqativ fikirlər söyləsələrdə mən heç vaxt arzularımdan və xəyallarımdan dönmədim. Belə ki, elə həmin neqativ fikirler mənə motivasiya oldu. Bəzi dostlarım mənə "Sən qızsan və bacara bilməzsən" deyirdilər lakin mən onların bu sözlərinə ancaq gülürdüm. Çünki bu fikirlər mənim üçün heç birşey kəsb etmirdi."
- Ayşə FLEX programı ilə 1 illik Amerikada təhsil almaq şansı qazandı. İllər əvvəl orada təhsil almaq isə yalnız və yalnız onun "XƏYALI" idi...
- Təəssüflər olsun ki, Ayşə bir neçə il əvvəl atasını itirib amma o belə deyir: "Babamı çox sevirəm! O mənə heç vaxt atasızlıq hissi yaşatmayıb.. O, mənim hərşeyimdir.!"
- Ayşə bildirir ki, məqsədlərinə az da olsa yaxınlaşıb. O, gələcəkdə Tərcüməçi kimi fəaliyyət göstərmək istəyir və demək olar ki, müəyyən dərəcədə hazırdır. 18 yaşında olmasına baxmayaraq o, 5 dil bilir.